24 C
Bakı
12 Avqust 2025 00:30
Cəmiyyət

Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı yeni qərar

“Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb.

 

Tacxeber.com xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub.

 

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.

 

Qeyd edək ki, ötən il noyabrın 20-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

 

Ü.Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.

 

Həmin iş çərçivəsində saxlanılan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının həbsi də 2 ay 29 gün müddətinə uzadılması barədə qərar qəbul olunub. Ötən ilin noyabr ayında onun barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. S.Vaqifqızı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Tacxeber.com

Oxşar xəbərlər

Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən qurtardınız…”

redaktor

“O vəzifələri ancaq nazirin yaxın dostları, əsgər, sinif yoldaşları tuta bilər”

admin

Azərbaycan məhkəməsində ŞOK hadisə. Məhkəmə sədri özü barəsində qərar QƏBUL etdi.

admin