25.3 C
Bakı
13 İyun 2026 11:56
Gündəm

Televiziya aparıcıları prokurorluğa çağırıldı – Onlardan yığılan pulların aqibəti soruşulur

Xəbər verdiyimiz kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

 

Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

 

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq.

 

Tacxeber.com xəbər verir ki, Yenisabah.az bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib.

 

Sözügedən TV-lərdən birinin məsul əməkdaşı saytımıza açıqlamasında deyib ki, məsələyə artıq hüquq-mühafizə orqanları da müdaxilə edib. Onun sözlərinə görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb.

 

Mənbə deyib ki, prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.

Tacxeber.com

Oxşar xəbərlər

Rusdilli “ELİTA”

admin

Ərdoğan Qarabağdan danışdı: “2025-ci ildə Rusiya ərazini tərk edəcək” – VİDEO

redaktor

İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi – VİDEO

admin