22.6 C
Bakı
29 İyun 2026 07:41
Dünya

Molla körpəsinə süd verən ananı lentə aldı – Video

İranın Qum şəhərində mollanın körpəsinə süd verərkən baş örtüsü açılan qadını telefonla videoya çəkməsi qalmaqala səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, hadisə Qum şəhərində yerləşən klinikada baş verib.

 

Yayılan videoda mollanın körpə uşağını klinikaya aparan qadının yaylığının başından düşməsi və mollanın onu telefonla çəkməsi əks olunub.

 

Qadın molladan videonu silməsini tələb edir, molla isə onu hicab qaydalarını pozmaqda ittiham edərək, yaylığını bağlamasını istəyir.

 

Görüntülər sosial mediada yayıldıqdan və insan haqları fəallarının tənqidləri ilə qarşılaşdıqdan sonra Qum prokuroru məsələyə münasibət bildirib.

 

Prokuror Hüseyn Qərib mollanın özbaşına hərəkətinə bəraət qazandıraraq, molla ilə qadının mübahisəsini çəkib yayanların axtarışa verildiyini, onlara qarşı cəza tədbirləri görüləcəyini deyib.

 

O, bu hadisədən əks-inqilabçı və düşmən medianın hakimiyyətə qarşı istifadə etdiyini iddia edib.

Tacxeber.com

Oxşar xəbərlər

Erməniləri daşıyan təyyarə Bakı hava limanına enib

redaktor

ABŞ-İran nüvə danışıqları dalana dirənir, sanksiyalar genişlənə bilər

admin

Türkiyə MN gəmilərin Ukraynanı tərk etməyəcəyini bəyan etdi

redaktor