25 C
Bakı
23 İyun 2025 15:49
Dünyaİqtisadiyyat

Bir ildən çoxdur ki, bütün dünyada mənzil qiymətləri ucuzlaşır

 

2023-cü ilin üçüncü rübündə dünya üzrə mənzil qiymətləri 2% azalıb. Qiymətlər artıq beş rübdür ki, aşağı düşür.

 

Bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (ICB) məlumatlarında qeyd edilib.

Qeyd olunur ki, 2008-ci il böhranının əvvəlində də analoji vəziyyət müşahidə edilmişdi. Lakin bu dəfə iqtisadçılar hesab edir ki, mənzil qiymətlərinin aşağı düşməsinin yeni qlobal böhranın xəbərçisi olması demək deyil.

2023-cü ilin üçüncü rübündə xərclərin azaldılması üzrə lider Avropa olub: mənzil qiymətləri ən çox Lüksemburqda (17%), Almaniyada (15%), Finlandiya və Slovakiyada (12%) və nəhayət, Çexiyada ucuzlaşıb. (11%).

 

Eyni zamanda bəzi ölkələrdə qiymətlər artıb. Beləliklə, üçüncü rübdə kvadratmetr ən aktiv şəkildə Türkiyədə – 21% bahalaşıb. Həmçinin nəzərəçarpacaq müsbət dinamika BƏƏ (17%), Yunanıstan (9,4%) və Filippində (7%) qeydə alınıb.

Mənbə: valyuta.az

Tacxeber.com

Oxşar xəbərlər

Əks-hücuma hazırlaşırıq, rəhbərlik dəyişəcək – Zelenski

redaktor

“Hizbullah” tələyə belə düşdü: “Mossad” planlaşdırdı, Kristiana həyata keçirdi – Partlayışla bağlı ŞOK detallar

admin

Britaniyanın Baş naziri Ukraynada səfərdədir

redaktor