31 C
Bakı
13 Avqust 2025 16:58
Dünya

Haitidə silahlı dəstələr Prezident sarayına hücum etdi

Silahlı dəstələr Haitinin paytaxtında Prezident sarayı da daxil olmaqla bir neçə hökumət binasına hücum ediblər.


Tacxeber.com
xəbər verir ki, bu barədə “ABC” telekanalı mənbəyə istinadən məlumat verib.

“Haitili silahlı dəstələr cümə günü axşam Port-o-Prensdə və ya onun yaxınlığındakı bir neçə hökumət binasına genişmiqyaslı hücuma keçiblər”, – məlumatda bildirilib.
Prezident sarayı ilə yanaşı, Daxili İşlər Nazirliyinin binası və polis idarəsi də hücuma məruz qalıb.

Hadisə şahidləri telekanala atışma və partlayışlar barədə məlumat veriblər. Mənbənin sözlərinə görə, bu məlumat təsdiqlənməsə də, 10-a yaxın dəstə üzvü öldürülüb.

Qeyd edək ki, Haiti 2021-ci ilin iyulunda Prezident Jovenel Moizin öldürülməsindən sonra daha da pisləşən ictimai-siyasi böhran yaşayır.

O vaxtdan bəri hakimiyyətin fəaliyyətsizliyi qəsb və adam oğurluğu ilə məşğul olan və ölkənin bütün ərazilərinə, o cümlədən yanacaq terminallarına nəzarət edən qanqster qruplarının təsirinin görünməmiş artmasına səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyaya hücum edən 3-cü PUA da məhv edildi

redaktor

Ukraynanın gözlədiyi uzaqmənzilli raketlər yola çıxdı: gələn həftə vəziyyət dəyişəcək

admin

Rusiyanın Bryansk vilayətinə hücum oldu – Yaralılar var

redaktor