31 C
Bakı
13 Avqust 2025 16:21
İdman

Abramoviç məşhur futbol klubunu alır

Rusiyalı milyarder Roman Abramoviç “Valensiya”nı almağı düşünür.

 

Tacxeber.com Qol.az-a istinadən xəbər verir ki, bu barədə Diario AS məlumat yayıb.

 

La Liqa təmsilçisi azarkeşləri yeni sahibin gəlişi ilə klubun işlərinin yaxşılaşacağını gözləyirlər.

 

Qeyd edək ki, Abramoviç əvvəllər “Çelsi”nin sahibi olub. O, 2022-ci ilin mayında London klubunu satıb. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 5 qat İngiltərə çempionu, 2 dəfə Çempionlar Liqasının qalibi olub.

 

Daha sonra “Çelsi”nin hüquqlarını amerikalı iş adamı Todd Boley alıb. Klub hazırda Premyer Liqanın turnir cədvəlində 26 oyundan 36 xalla 11-ci yerdədir.

Tacxeber.com

Oxşar xəbərlər

Tomas Tuxel “Çelsi”dən Ronaldoya görə qovulub .

admin

“Qurban Qurbanov istəyir ki, daha da böyüyək” – Müsahibə

admin

“Yanınızda ailəniz var, utanın” – “Neftçi”nin müdafiəçisi

redaktor