Dünya

92 yaşlı milyarder nişanlandı – Nişanlısı görün kimdir

Media maqnatı Rupert Merdok nişanlandığını elan edib.

 

Tacxeber.com “The Guardian”a istinadən xəbər verir ki, 92 yaşlı milyarderin beşinci arvadı 67 yaşlı molekulyar bioloq Yelena Jukova olacaq.

 

Toy mərasiminin Merdokun Kaliforniyadakı malikanəsində baş tutacağı bildirilir. Elena Jukova sahibkar Roman Abramoviçin keçmiş həyat yoldaşı və Moskvada Qaraj Müasir İncəsənət Muzeyinin yaradıcısı Daria Jukovanın anasıdır.

 

Keçən il məlum oldu ki, Merdok radio aparıcısı Enn Lesli Smitlə nişanını bitirib. O, əvvəllər stüardessa Patricia Booker, jurnalist Anna Mann, çin əsilli sahibkar Vendi Denq, model və musiqiçi Mik Caqqerin keçmiş həyat yoldaşı Cerri Holl ilə evli olub.

 

“Bloomberg”, Merdokun sərvətinin təxminən 8,96 milyard dollar olduğunu təxmin edir.Onun altı övladı var.

Tacxeber.com

Oxşar xəbərlər

“Düşmən diziüstə sürünərək gəlməli və rəhm edilməsi üçün dualar etməlidir” – Medvedev

redaktor

Tramp seçki saxtakarlığı ilə mübarizə üçün fərman hazırlayır

redaktor

“Sülh sazişi üzərində iş gedir“ – Tramp

redaktor