20 C
Bakı
10 Oktyabr 2026 15:46
Dünya

40-dan çox ölkə Navalnıya görə HƏRƏKƏTƏ KEÇDİ

Avropa İttifaqının BMT-nin İnsan Haqları Şurasındakı nümayəndəsi Lotte Knudsen Böyük Britaniya, Kanada, ABŞ və Ukrayna daxil olmaqla, 27 Aİ ölkəsi və ittifaqadaxil olmayan ölkələr adından rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı beynəlxalq araşdırmaya çağırıb. 40-dan çox ölkə yenidən Rusiyanı Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməyə səsləyib.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Knudsen Navalnının ölümündə Rusiya prezidenti Vladimir Putini günahlandırıb:

 

“Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü bizi kədərləndirdi. Bu ölümə görə məsuliyyət Rusiya prezidenti Putin və Rusiya hakimiyyətinin üzərinə düşür. Rusiya Navalnının qəfil ölümü ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırma aparılmasına icazə verməlidir”.

 

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da 47 yaşında vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor

Yəməndə dəyişən hərbi-siyasi vəziyyət “Məkkə sazişi”ni ilk ciddi sınaq qarşısında qoyur

redaktor