12 C
Bakı
28 Mart 2026 07:11
Dünya

Rusların daha bir gəmisi batırıldı – VİDEO

Rusiyanın “Sergey Kotov” gəmisinə hərbi-dəniz pilotsuz təyyarələrinin hücumu nəticəsində ölən və yaralananlar var.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat yayıb.

 

Onun sözlərinə görə, “Ekipajın bir hissəsinin təxliyyə oluna bilməsi ehtimalı var”, – deyə Ukrayna KİV-i Yusovdan sitat gətirir.

 

O qeyd edib ki, “Sergei Kotov” kreyseri “Moskva” ilə birlikdə Zmeynı adasına hücumda iştirak edib.

 

Yusov iddia edir ki, bu gəmidə zenit-raket komplekslərinin yerləşdirilməsi planlaşdırılırdı: “Gəminin özündə zenit-raket komplekslərinin yerləşdirilməsi planlaşdırılırdı. Və artıq belə cəhdlər olub. Belə gəmilər nə qədər az olsa, onların üzərində bir o qədər az zenit-raket kompleksləri yerləşdiriləcək və bu, Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələri üçün daha çox imkanlar deməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Sonsuzluğunu müalicə etmək üçün diri cücə uddu və …..

admin

London – Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi

admin

Tramp “İranı vur” əmrini görün haradan verib

redaktor