Cəmiyyət

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək” – atası DANIŞDI

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək, bu vətənə öz borcunu qaytaracaq”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahovun atası Eldəniz Pənahov bildirib.

 

“Mən ilk öncə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Mənim övladım əsir düşmüşdü. Şükürlər olsun, öz torpağına, öz vətəninə sağ-salamat qayıtdı. Oğlumun əsirlikdən xilas olmasında zəhmət çəkən hər kəsə dərin minnətdaram” – E.Pənahov əlavə edib.

 

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Xəstələri xilas edən narkotik – O başqalarının əlində faciəyə çevrilir

admin

Əsirlikdən azad olunan hərbçilərimizin ailəsi danışdı – DETALLAR + VİDEO

redaktor

Bakıda “Prius”u pilləkənlərlə sürən şəxs həbs edildi

redaktor