28 C
Bakı
11 Avqust 2025 18:12
Cəmiyyət

Aİ ölkələri Çexiya üçün pul toplayır – Kiyevə əlavə sursatlar alınacaq

Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə birlikdən kənarda qalan dövlətlərdən hərbi sursatların alınması məqsədilə Çexiya üçün pul toplayacaq.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, artıq Fransa prezidenti Emmanuel Makron bu təklifi martın 5-də səfər edəcəyi Praqada müzakirə etməyə hazırlaşır.

 

Bildirilib ki, satınalma prosesini Çexiya öz üzərinə götürəcək. Almaniya, Niderland,  Danimarka, Litva, Latviya, Polşa və Aİ üzvü olmayan Kanada bu təklifi dəstəkləyir. Niderland artıq bu məqsədlə Çexiyaya 100 milyon avro ayıracağına söz verib.

 

Aİ müdafiə və xarici işlər nazirlərinin bu həftənin sonunda satınalmanı ayrıca müzakirə edəcəkləri gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Tiktok” hamını belə ifşa etdi – QALMAQAL

redaktor

Bina sakinlərinin DİQQƏTİNƏ – Belə aldadılırsınız

admin

“Onlar varlılarla oturub durmağa aludə olublar”

redaktor