13 C
Bakı
24 Mart 2026 18:15
Cəmiyyət

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb?

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.

 

Tacxeber.com xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a açıqlama verən Ramiz Mehdiyev yayılan məlumatların yalan olduğunu bildirib.

 

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Çek-ap” (Check-up) müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, – deyə o qeyd edib.

 

Qeyd edək ki, Gununsesi.info saytı Ramiz Mehdiyevin səhhətində ciddi problemin yarandığını və onun müalicə üçün İsrailə aparıldığını yazmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

“Kayrat”dan “Qarabağ”a: “Yoluna mənsiz davam etməlisən” VİDEOSU

admin

Bakıda sürücülər belə cərimələnir: Yeni üsul

redaktor

Tramp qeyri-qanuni mühacirlərin qarşısını almaq üçün Meksika ilə sərhəd divarının qara rəngə boyanmasını əmr edib

redaktor