24 C
Bakı
13 Oktyabr 2026 12:03
Cəmiyyətİdman

Bu gün “Neftçi” – “Qarabağ” derbisi keçiriləcək.

 

 

Tacxeber.com xəbər verir ki, bu gün Azərbaycan derbisi ilə yanaşı digər oyun da olacaq.

 

Belə ki, günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.

 

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. “Neftçi” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək. “Ağ-qaralar” 36 xalla ikinci sırada yer alıb, “köhlən atlar” 57 xalla liderdir.

 

Azərbaycan Premyer Liqası

 

XXV tur

 

16:00. “Qəbələ” – “Səbail”

 

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

 

19:00. “Neftçi” – “Qarabağ”

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”

 

Qeyd edək ki, daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib – 1:1.

 

Tacxeber.com

Oxşar xəbərlər

İdeoloji “peyvənd”: Hicab “üsyanları”nın pərdə arxası

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

İqtidara qarşı çıxmaq naminə nəyi müdafiə edirik?

redaktor