Dünya

“Rumıniyalı könüllülər Ukraynada Rusiya ordusuna qarşı döyüşür”

“Rumıniyalı könüllülər Ukrayna ordusunun tərkibində Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşür”.


Tacxeber.com
xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

“Arxa cəbhədə Ukrayna ordusuna və müharibədən zərər çəkmiş mülki şəxslərə kömək edən könüllülərdən başqa, cəbhədə ruslara qarşı döyüşən rumınlar da var, məsələn, “Romanian Battle Group Getica””, – Ukraynadakı radio müxbiri bildirib.

Qeyd edilir ki, qrupda Rusiyanı Rumıniya sərhədlərindən mümkün qədər uzaq tutmaq üçün Ukrayna ordusuna qoşulduqlarını söyləyən Rumıniya və Moldova Respublikasının vətəndaşları var.

Hərbçilər həmçinin feysbukda öz səhifələrini açıblar və bu səhifə vasitəsilə insanları cəlb edirlər.
Bildirilir ki, qrup ötən ilin sentyabrında yaradılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu – VİDEO

redaktor

ABŞ Federal Hakimi USAID-in bağlanmasını dayandırdı…

admin

Amerikalı ravvinlər Azərbaycana görə Trampa müraciət etdilər

redaktor