24 C
Bakı
20 Sentyabr 2026 22:26
Dünya

Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!

Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib.

 

O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir:

 

“Moldova, yaxud Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan… Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir”, – Klark bildirib.

General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir.

 

Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvaya hücum 400-dən çox uçuşu dayandırdı

redaktor

Tramp Rusiyaya qarşı “Cəhənnəm sanksiyaları” qanununu imzaladı

redaktor

Qrenlandiya böhranı: Trampın “rtik oyunu” yoxsa növbəti geoposiya triumfu?!

admin