25.3 C
Bakı
13 İyun 2026 11:20
DünyaGündəm

Milli geyimə görə Azərbaycan rəqsinə izn verilmədi

Təbrizin Xavəran Mədəniyyət Kompleksində keçirilən musiqi tədbirində “Barış” musiqi qrupunun nəzdində olan Azərbaycan rəqs truppasının çıxışına icazə verilməyib.

 

Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

 

Məlumata görə, buna rəqqasların Azərbaycan milli paltar geyinməsi səbəb olub.

 

Musiqi qrupunun başçısı Məsud Əmirsepehrin rəqsin icra edilməsi üçün israrları nəticə verməyib və qrup üzvləri kompleksdən çıxarılıb.

 

Rəqs qrupunun icrasına Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin mane olduğu bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə gənc nəsillər ildən-ilə seçici hovuzuna daxil olmaqla siyasətin sosiologiyasını dəyişir.

admin

“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?

redaktor

“AYNA rəhbəri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb?”

redaktor