23.7 C
Bakı
29 İyun 2026 02:59
GündəmHadisə

Bakıda həkim sevgilisi ilə birgə həyat yoldaşını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.

 

Tacxeber.com “Unikal”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

 

Belə ki, İbrahim Əsədlinin qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadın və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.

 

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

 

Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

 

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Bu, ailəmiz üçün böyük faciə idi” – Tağıyevin rus varisi: “Azərbaycan dilini öyrənirəm” (EKSKLÜZİV-FOTO)

admin

Ramil Səfərovun ekstradisiyası zamanı gizli sövdələşmə… – Səfir

admin

Şəhərin mərkəzi 9 günlük bağlanır.

admin