Dünya

Putinin mövqeyi zəifdir, Krımı qaytarmaq olar

Putinin Krımdakı mövqeyini zəifdir və Qərbin Ukraynaya lazımi silahlarla dəstək verməyə davam edəcəyi təqdirdə yarımadanın geri qaytarılması tamamilə realdır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson “Avropian Pravda”ya (“European Pravda”) müsahibəsində deyib.

 

“Görünür, hamı Putinin Krımdan heç vaxt imtina etməyəcəyini düşünürdü. Ona görə də fikirləşdik ki: gəlin Ukraynaya quru körpüsünü geri qaytarmağa kömək etməyə çalışaq. Amma indi Krımın qaytarılması realdır! Putinin Krımdakı mövqeyi zəifdir.

 

Əgər infrastruktura, logistikaya nəzər salsanız, Ukrayna Silahlı Qüvvələri üçün böyük imkanlar var. Həqiqətən də insanların Krım haqqında düşüncə tərzində dəyişiklik olub”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor

“Bu, müharibəni uduzmaq deməkdir”: Zelenski Donbasla bağlı sərt danışdı

redaktor

Tramp Zelenskinin sözlərini lağa qoydu

redaktor