Dünya

“Intel” “Microsoft” üçün 15 milyard dollarlıq prosessor istehsal edəcək

Amerikanın “Intel” və “Microsoft” şirkətləri müasir prosessorların istehsalına dair müqavilə imzalayıblar.


Tacxeber.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, yarımkeçirici avadanlıqların istehsalını “Intel Foundry” şirkətinin törəmə şirkəti həyata keçirəcək. Həmçinin, avadanlıqların “Intel 18A” texniki prosesindən istifadə edilməklə istehsal olunacağı bildirilir. Sifarişin ümimilikdə dəyəri isə 15 milyard dollar təşkil edir.

“Biz bütün sənayenin məhsuldarlığını əsaslı şəkildə dəyişdirəcək maraqlı platforma keçidinin ortasındayıq” deyə “Microsoft”un rəhbəri Satya Nadella bildirib. O, bu baxımdan şirkətin onu yeni nəsil prosessorlarla təmin edəcək güclü tərəfdaşa ehtiyac duyduğunu əlavə edib.

Materialın müəllifləri qeyd ediblər ki, İT nəhəngləri xarici amillərdən daha az asılı olmaq üçün öz yarımkeçirici istehsalını təşkil etmək qərarına gəliblər.

Tacxeber.com

Oxşar xəbərlər

“Niyə Azərbaycan öz millisinə qiymət vermir?” – Sergey Rebrov

admin

Keçilərin səsinə oyanan ailə evdə dəhşət yaşadı — FOTO

admin

Stresdən xilas olmaq üçün 1000-dən çox oğurluq etdi

redaktor