Cəmiyyət

Xalq artistinin nəşi yandırılıb, külü dənizə atılacaq – Fotolar

Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb.

 

Tacxeber.com moderator.az-a istinadən xəbər verir ki, ailənin yaxın dostu Əmirəli Qızıllı məlumatı təsdiqləyib. O bildirib ki, bu, mərhumun öz vəsiyyəti olub:

 

“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi belə dedi: Nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz. Nəvəsi dedi ki, onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”.

 

Qeyd edək ki, L.Şərifovanın atası izmirli, anası isə azərbaycanlı olub. O, Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Partiya sədrindən deputata: “İşıqforlarda dayanıb maşınların şüşəsini silmək daha az təhlükədir, nəinki onların evdə ac-yalavac oturmaları…”

redaktor

Bu metrostansiyaların adları dəyişdirilə bilər

redaktor

“Flamenqo” rəsmisi “Qarabağ”lı ilə bağlı suala belə cavab verdi

admin