24 C
Bakı
26 Sentyabr 2025 17:59
Cəmiyyətİdman

“Bayer” yenə “Qarabağ”a rəqib oldu

 

 

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

 

Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan “Qarabağ”ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.

 

“Qarabağ” bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

 

Xatırladaq ki, “Bayer” “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrup lideri kimi 1/8 finala, “Qarabağ” isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, ailəsinə pul göndərir hökumət bu mənzərədən məmnundurmu?!

redaktor

Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min alıb?

admin

Şərurun məktəb direktorunun görüntüləri müzakirə yaratdı – VİDEO

redaktor