24 C
Bakı
23 İyun 2025 19:17
DünyaKriminalSiyasət

Mafiya nüvə silahı istehsalında İrana kömək edir

 

ABŞ “Yakuza” kimi tanınan cinayət təşkilatının liderlərindən birini İrana nüvə materialları keçirməyə cəhddə ittiham edib.

 

Bu barədə “Assoşeyted Press” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, yapon mafiya lideri Takeşi Ebisava və tailandlı şəriki Samphob Sinqasiri İrana uran və plutonium satmaqda ittiham edilib.

 

Onlar nüvə materiallarının kiçik nümunələrini özünü yüksək rütbəli İran hərbçisinin qohumu və silah qaçaqmalçısı kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə göstərərək satmaq niyyətində olduğuqlarını bildiriblər.

 

ABŞ araşdırmaya təqdim olunan bu nümunələrdə silah istehsalında istifadə olunan uran və plutoniumun olduğunu təsdiqləyib.

 

Hazırda İran rəsmiləri məsələylə bağlı heç bir açıqlama verməyib.

 

Qeyd edək ki, “Yakuza” Yaponiyanın ən məşhur cinayət qruplarından biridir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Terrorçu Monte Melkonyanın Xocavənddəki heykəli söküldü – FOTO

redaktor

Kennedi: “İsrail yox olarsa, bu, ABŞ-ın milli təhlükəsizliyi üçün fəlakətli olacaq”

admin

Rusiyanın Ukraynaya atdığı İran dronu Rumıniyaya düşdü

redaktor