17 C
Bakı
28 Sentyabr 2025 03:24
DünyaKriminalSiyasət

Ukraynaya Mi-8 təyyarəsini qaçıran rus pilot İspaniyada qətlə yetirilib.

 

 

Tacxeber.com  İspaniya mətbuatına istinadən xəbər verir  ki,  Ukraynaya Mi-8 təyyarəsini  qaçıran rus pilot Maksim Kuzminov İspaniyada  qətlə yetirilib.

 

Bu arada İspan polisi məlumat yayıb ki,  Villajoyosa bələdiyyəsində iki naməlum şəxs Ukrayna vətəndaşını tapança ilə güllələyərək qətlə yetirib.

 

Xatırladaq ki, 2023-cü ilin avqust ayının 9-da rusiyalı pilot Maksim Kuzminov Kurskdan Mi-8 helikopterini qaçıraraq Ukraynaya aparıb.

 

Onunla birlikdə təyyarədə iki ekipaj üzvü olub. Kuzminovun sözlərinə görə, onlar təyyarənin qaçırılmasından xəbərsiz olublar. Lakin Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, enişdən sonra Kuzminovla birlikdə uçan 2 nəfər ekipaj üzvləri müqavimət göstərib və buna görə də məhv ediliblər.

 

Tacxeber bildirir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi  Maksim Kuzminovun ölümünü təsdiqləyib.

 

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynaya 400 milyonluq əlavə yardım ayırır

redaktor

Akar Nargin adasında saxlanılan əsgərlərə yardımla əlaqədar Azərbaycan xalqına təşəkkür edib

redaktor

Paşinyanın son çırpınışları: Məsələ iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunacaq

redaktor