11 C
Bakı
29 Mart 2026 08:16
Gündəm

Nazir Azərbaycanda siyasi həbslərin olması ilə bağlı fikirləri cavabsız qoydu

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsində çıxış edib.


Tacxeber.com
 xəbər verir ki, o, “Transparency International”ın sədr müavini Ketakandriana Rafitosonun Azərbaycanda siyasi həbslərin olması ilə bağlı şərhini cavabsız qoyub.

“Siz Azərbaycanda COP29-a ev sahibliyi edəcəksiniz. Biz hüquq müdafiəçilərinin, iqlim dəyişikliyi fəallarının və digərlərinin həbs edildiyini eşitmişik. Ümid edirik ki, qarşıdan gələn COP29 dövründə bu kimi məsələlər səngiyəcək. Çünki siz bizim səsimizi eşitməlisiniz. İqlim dəyişikliyi qlobal məsələdir.

Hər kəs buna öz töhfəsini verməlidir”, – Ketakandriana Rafitoson müzakirə zamanı söz alaraq deyib.

Muxtar Babayev çıxışını davam etdirsə də, Ketakandriana Rafitosonun həbslərlə bağlı dediklərinə münasibət bildirməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada iki məktəbli Mİ-8 helikopterini məhv edib.

admin

“Nazir müavini bunu kimə deyir? Mənə? Mən tədbiq etməliyəm?” – Natiq Cəfərli

admin

Qarabağ Universitetindən VİDEO

redaktor