20 C
Bakı
22 İyun 2025 02:23
İdman

Fransa hökuməti PSJ azarkeşlərinə qadağa qoydu

PSJ azarkeşlərinin Liqa 1-in 22-ci turunda “Nant”la səfər oyunda iştirakına qadağa qoyulub.

Tacxeber.com “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə Fransa hökuməti qərar qəbul edib.

Bildirilir ki, qərar iki klubun azarkeş qrupları arasında münasibətlərin gərgin olması səbəbindən verilib.

Xatırladaq ki, sabah keçiriləcək “Nant” – PSJ oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Fransa çempionatında 21 oyundan sonra PSJ 50 xal toplayıb və liderdir. “Nant” isə 22 xal qazanaraq 12-ci yerdə qərarlaşır.

Tacxeber.com

Oxşar xəbərlər

Futbolçu azarkeşi döydü

redaktor

Avropa Liqası: Liqa mərhələsinin püşkü atıldı

admin

Kamil Zeynallının bir oturuma yedikləri hər kəsi təəccübləndirdi – Video

redaktor