Cəmiyyət

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi, “Sea Breeze” istirahət zonasının ərazisində 2 ədəd yaşayış binasının tikintisinə icazə verib.

Tacxeber.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hər biri 4 mərtəbədən (zirzəmili) ibarət binaların birinin sahəsi 6 min 238,87 kv. metr, digərinin sahəsi isə 8 min 231,49 kv. metr olacaq.

 

Məlumat üçün bildirək ki, “Sea Breeze” istirahət zonasının ərazisində daha əvvəl də bir neçə 8 mərtəbəli yaşayış binası inşa olunub.

 

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşlar evi necə ucuz ala bilərlər? – “Bakıətrafı çıxarışsız həyət evlərinə çıxarış verilsin” – TƏKLİF

admin

Naxçıvan Duz Muzeyi ləğv edilib

admin

Ermənistanın cidanı çuvalda gizlətmək cəhdi: Diversantın saxlanma görüntüsü yalan çıxdı – YENİLƏNİB + VİDEO

redaktor