CəmiyyətQalmaqal

“Maybach” sürücüsü polisə müqavimət göstərməyə cəhd etdi, cərimə meydançasına aparıldı – YENİLƏNİB (FOTO)

Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb”.

 

Bunu “Unikal”a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

 

“O, “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır”, – deyə qurum rəsmisi qeyd edib.

 

*** 17:52

 

Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın qarşısında bahalı avtomobilin sürücüsü Fərid Rzayev maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.

 

“Unikal”ın məlumatına görə, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.

 

Daha sonra o, cərimə meydançasına aparılıb. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanəsilli iş adamı Qod Nisanova ağır itki üz verib.

admin

Səlim Müslümovun məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirilib

redaktor

Niyə insan səhər saatlarında axşamdan bir santimetr uzun olur? – MARAQLI FAKTLAR

redaktor