25 C
Bakı
23 İyun 2025 15:57
Dünyaİqtisadiyyat

BƏƏ Misirdən 22 milyard dollara ərazi alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirin Aralıq dənizi sahilində 22 milyard dollar dəyərində premium torpaq almaq və inkişaf etdirmək üçün danışıqlar aparır.

 

Bu barədə “Blumberq” məlumat yayıb.

 

Məlumata görə, Misir ümumi sahəsi 180 milyon kvadratmetr olan ərazinin təqribən 20%-nə sahibliyini saxlaya biləcək:

 

“Bundan başqa, bəzi dövlət müəssisələri və Misirin ən böyük developer şirkətlərindən biri olan “Talaat Moustafa Group”un payları olacaq. Danışıqlar davam edir, yekun qərar hələ verilməyib”.

 

Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş İdarəsinin baş direktoru Hossam Heyba smetanın 22 milyard dollar olduğunu bildirib. Onun sözlərinə görə, layihə yaxın günlərdə razılaşdırılacaq. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin: “Qərbin nüvə silahından istifadə etməyəcəyinə heç kim zəmanət vermir” – VİDEO

redaktor

“Facebook”un qurucusu Mark Zukerberq hansı avtomobili sürür? – FOTO

redaktor

Belqradda növbəti etiraz aksiyası başladı

admin