20 C
Bakı
23 İyun 2025 06:28
DünyaSağlamlıqSiyasət

50 ölkə Brüsseldə Ukrayna üçün toplanır: Ostin gedə bilmir

ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna ilə bağlı keçiriləcək görüş üçün Brüsselə getməyəcək.

 

Bunu adı açıqlanmayan Pentaqon sözçüsü RİA Novosti-yə bildirib.

 

Qeyd edək ki, Ukraynaya hərbi yardım göstərən əlli ölkənin nümayəndələrinin iştirakı ilə fevralın 14-də Belçikanın paytaxtında görüş olacaq.

 

“Mən bunu indi təsdiqləyə bilərəm” deyən Pentaqon rəsmisi ABŞ-ı görüşdə kimin təmsil edəcəyini açıqlamayıb.

 

Qeyd edək ki, bir gün öncə prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin sidik kisəsində yaranan problemlərə görə yenidən xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirildikdən sonra Pentaqon rəhbəri səlahiyyətlərini müavini Ketlin Hiksə verib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kim Çen In: “Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik”

redaktor

Finlandiyada ruslar Ukrayna himni ilə qarşılanır

redaktor

İsrail və HƏMAS razılığa gəldi: atəşkəs uzadılır

redaktor