Dünya

HƏMAS-ın əlindəki 136 israilli girovdan ən azı 32-si ölüb

7 oktyabr 2023-cü ildən bu günə qədər Fələstinin HƏMAS hərəkatının əsirliyində qalan 136 israilli girovdan ən azı 32-si ölüb.


Tacxeber.com
xəbər verir ki, bu barədə “New York Times” qəzeti İsrail ordusunun gizli sənədinə istinadən məlumat yayıb.

“İsrail kəşfiyyat rəsmiləri bu qənaətə gəliblər ki, 136 girovdan ən azı 32-si müharibə başlayandan bəri ölüb”, – məlumatda bildirilib.

İsrailin hərbi rəsmiləri 32 girovun ailələrinin məlumatlandırıldığını bildiriblər.

Bu məlumatları İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari də təsdiqləyib.
Onlar həmçinin bildiriblər ki, İsrail hazırda ən azı daha 20 girovun ölməsi ehtimalı ilə bağlı məlumatları yoxlayır.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan etdi, Azərbaycan niyə bacarmadı?

redaktor

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor

“Bu, müharibəni uduzmaq deməkdir”: Zelenski Donbasla bağlı sərt danışdı

redaktor