25.7 C
Bakı
13 İyun 2026 22:35
DünyaSiyasət

Trampın toxunulmazlıq hüququ rədd edildi

Vaşinqton məhkəməsi ABŞ-nin sabiq prezidenti, hazırda iş adamı Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə çalışan işdə qanuni toxunulmazlıq hüququna malik olmadığına qərar verib.

 

Apellyasiya məhkəməsinin qərarında qeyd edilib ki, “keçmiş prezident Tramp ABŞ vətəndaşı olub, bu o deməkdir ki, o, digər cinayət işlərində müttəhimlər kimi müdafiə imkanlarına malikdir”.

 

Xatırladaq ki, 2023-cü il avqustun 1-də ABŞ Ədliyyə Departamenti Trampa qarşı ittihamlar irəli sürüb, o cümlədən seçkilərin nəticələrinə yenidən baxılması cəhdi 45-ci prezidentin tərəfdarlarının Kapitoliyə hücumuna səbəb olub.

 

Hadisə nəticəsində 5 nəfər həlak olub. Daha 138 polis əməkdaşı yaralanıb. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail HƏMAS-ı suda BOĞMAĞA BAŞLADI

redaktor

Daha bir Millət vəkili yalan danışıb.

admin

Kremldən Kadırovun səhhəti ilə bağlı açıqlama – MÜƏMMA

redaktor