DünyaSiyasət

“Hollandiya hökuməti “Facebook”dan imtina etməyi düşünür”.

Hollandiya hökuməti platformanın məlumatların təhlükəsizliyini necə idarə etdiyinə dair ciddi narahatlıqlara görə “Facebook”dan tamamilə imtina etməyi düşünür.

 

Bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, bu mövzuda “Meta” ilə aparılan danışıqlar istənilən nəticəni verməyib. Buna görə də hakimiyyət bütün hökumətə təsir edəcək “Facebook” qadağası üçün hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, daha əvvəl Hollandiya hökuməti Çin platformasından casusluq qorxusu ilə əlaqədar rəsmilərinə “TikTok”dan istifadəni qadağan etmişdi. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Həmin gecə Pentaqona yüzlərlə pizza sifariş edilib – İran buna diqqət yetirsəydi…

redaktor

Rusiyalı kosmonavt orbitdə qaldığı müddətə görə rekord qırdı

redaktor

Ərdoğan Pezişkianla danışdı və razılıq verdi

admin