24 C
Bakı
22 İyun 2025 15:01
GündəmSağlamlıq

Ağciyərləri möhkəmləndirmək üçün vacib qidalar

Ağciyərləri möhkəmləndirmək üçün vacib qidalar

 

 

Qışda ağciyərlər ən çox risk altında olan orqandır. Burun, tənəffüs orqanları ilə viruslar bronx və ağciyərlərə keçərək onları zədələyir.

 

Tacxeber.com xəbər verir ki, dietoloq Yelena Solomatina qışda ağciyərləri dəstəkləmək üçün A və E vitaminləri ilə zəngin qidalara ehtiyac duyulduğunu bildirib.

“A vitamini selikli qişaların tamlığı üçün ən vacib vitamindir. Bu vitamin sarı və narıncı meyvə tərəvəzin tərkibində çox olur: pomidor, bibər, balqabaq, kök.

 

Məhz bu qidalar ağciyərlər üçün faydalıdır. Eləcə də ağciyərlər yağı çox sevir. A vitamini yaxşı mənimsənilsin deyə yüngül isti işlənmədən keçirilməlidir.

 

Təmiz kərə yağı, quyruq, salo, yumurta sarısı, heyvani piylər də ağciyərlər üçün əvəzolunmazdır.

 

Alveolların üzəri yağdan ibarətdir, ona görə ağciyərlər yağı sevir.

 

Ağciyərlərə qan yaxşı dövr etsin deyə, damar möhkəmləndirici qidalar lazımdır. Bunlar tünd qırmızı bənövşəyi rəngdə olan qidalardır: qırmızı kələm, çuğundur, gavalı, giləmeyvələr və s.

Tacxeber.com

Oxşar xəbərlər

Çay içmək tromb yaradır, yoxsa…?– Kardioloqdan açıqlama

admin

Şokolad kimi xoşbəxt edir, idman kimi arıqladır – Acı bibərin inanılmaz faydası

redaktor

Prezident Tokayevə İrəvanla münasibətlərdən danışdı

redaktor