23 C
Bakı
18 Sentyabr 2026 03:51
DünyaGündəm

Gülyanaq Məmmədovadan sevindirici xəbərə REAKSİYA: “İnanmadım…”

Gülyanaq Məmmədovadan sevindirici xəbərə REAKSİYA: “İnanmadım…”

Gülyanaq Məmmədovadan sevindirici xəbərə REAKSİYA:Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova ilə bağlı sərəncam imzalayıb və Özbəkistanın “Xalq artisti” adı ilə mükafatlandırılıb.

Tacxeber.az xəbər verir ki, G.Məmmədova Axşam.az-a açıqlama verərək təəssüratlarını bölüşüb. Xanəndə bildirib ki, xəbəri eşidəndə göz yaşlarını saxlaya bilməyib:

 

“Bu xəbəri mənə ilk olaraq Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov verdi. Göz yaşımı saxlaya bilmədim. Amma inanmadım, zəng edib başqa yerdən soruşdum. Göz yaşımdan, sevincdən danışa bilmirdim. Samir Abbasova çox təşəkkür edirəm. Çünki mənim Özbəkistandakı bütün konsertlərim, çıxışlarım onun sayəsində olub. Bu günlərdə də millət vəkili Qənirə Paşayeva ilə birlikdə Özbəkistandan qayıtmışıq. İlk növbədə öz Prezidentimizə, daha sonra Özbəkistan Prezidentinə təşəkkür edirəm. Bu cür dostluq əlaqələri məni sevindirir”.

Tacxeber.az

Oxşar xəbərlər

Türkiyədə PKK terror təşkilatının lideri Abdulla Öcalana rəsmi status verilir

admin

“İranı məhv etmək, ya yox”: Tramp taleyüklü bir qərardan danışdı

redaktor

Ayətullah Xomeyni qarşısında çadrasını çıxarmağa cəsarət edən jurnalist qadın

redaktor