23.2 C
Bakı
15 İyun 2026 13:35
İqtisadiyyat

Xaricdən kiloqramını 5 manata aldığımız ət Azərbaycanda niyə 12-13 manata satılır? – AÇIQLAMA

 

Azərbaycanda ət ötən il 20 faiz civarında bahalaşıb. İlin sonunda quzu ətinin bir kiloqramı 20, dana ətinin kiloqramı 14-15 manata təklif olundu. Maraqlıdır ki, ötən il ölkəmizə idxal olunan ətin bir kiloqramının ortalama qiyməti çox ucuz, təxminən 5 manata yaxın olub.  Ümumilikdə, 2023-cü ildə Azərbaycana 41 min 707 ton ət idxal edilib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu həcmdə ətin idxal dəyəri 86 milyon 738 min ABŞ dolları olub. Maraqlıdır ki, keçən il ölkəyə gətirilən ətin bir kiloqramı 2.079 ABŞ dolları olub.

 

Bəs, bu qədər ucuz qiymətə idxal edilən ət bazarda nəyə görə baha qiymətə təklif olunur?

 

Məsələ ilə bağlı ilkin olaraq iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, xaricdən gətirilən ət açıq bazara çıxarılmır:

 

“Xaricdən alınan ət əsasən dövlət ehtiyacları üçündür. Bu ətlər orduya, qapalı və digər təşkilatlara satılır. Ona görə də qiymətlər real bazar qiymətindən xeyli ucuz olur. Yəqin ki, təkrar emalda da bu ətdən çox istifadə edilir”.

 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Bizim.Media-ya bunları dedi:

 

“Xaricdən idxal olunan ətin bir hissəsi Hindistanın payına düşür. Bu da camış ətidir. Bu ətdən əsasən kolbasa və sosiska istehsalında istifadə edilir. Əslində bu ətlərin keyfiyyətində elə bir problem yoxdur. Sadəcə gündəlik istehlakda bu cür dondurulmuş ətlərə maraq çox azdır. Son vaxtlar Rusiyadan, Ukraynadan və Qazaxıstandan ət və diri heyvanlar da gətirilir. Hansı ki, bu heyvanların və ətin də qiyməti xeyli ucuzdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Bank kartlarımızı dələduzlardan necə qoruyaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

admin

Xarici ticarətdə müsbət saldo 4 dəfə azalıb

admin

Tibbi xidmətin pulsuz olması YETƏRLİ deyil – İnsanlar niyə hələ də özəl xəstəxanalara üz tutur?

redaktor