
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatı məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi şou mərasimi zamanı baş verib.
Saytın iddiasına əsasən, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər.
“Daha sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə olan H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər”, – deyə mətbu orqan qeyd edir.
Dörd nəfər həbs edilib, iki nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
