“Avropa Komissiyası Ukraynaya yeni tanklar, helikopterlər, hava hücumundan müdafiə sistemləri və bir milyon mərmi tədarük etməyi vəd edir, lakin əvvəllər söz verdiyi kimi 2024-cü ilin martına qədər deyil, 2024-cü ilin sonuna qədər”.
Tacxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Ukraynaya hərbi dəstəyimiz artıq görünməmiş səviyyəyə çatıb – 28 milyard avro. Biz daha çox tank, helikopter, hava hücumundan müdafiə, raketlər və təbii ki, daha çox mərmi tədarük edəcəyik. Aİ hərbi sənayesi artıq istehsalı 40% artırıb. Yaxın həftələrdə müqavilələr imzalayacağıq”, – Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ mart ayına qədər 500 min mərmi tədarük edəcək və ilin sonuna qədər bu rəqəmi iki dəfə artıracaq. Bununla da o, Brüsselin 2024-cü ilin martına qədər Kiyevə bir milyon mərmi tədarük etmək vədini ancaq yarıya qədər yerinə yetirəcəyini etiraf etdi.