22.6 C
Bakı
29 İyun 2026 08:08
Dünya

Fon der Lyayen Ukraynaya daha çox tank və helikopter vəd etdi

ai ermənistana yardım ayıracaq

“Avropa Komissiyası Ukraynaya yeni tanklar, helikopterlər, hava hücumundan müdafiə sistemləri və bir milyon mərmi tədarük etməyi vəd edir, lakin əvvəllər söz verdiyi kimi 2024-cü ilin martına qədər deyil, 2024-cü ilin sonuna qədər”.


Tacxeber.com
 xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Ukraynaya hərbi dəstəyimiz artıq görünməmiş səviyyəyə çatıb – 28 milyard avro. Biz daha çox tank, helikopter, hava hücumundan müdafiə, raketlər və təbii ki, daha çox mərmi tədarük edəcəyik. Aİ hərbi sənayesi artıq istehsalı 40% artırıb. Yaxın həftələrdə müqavilələr imzalayacağıq”, – Lyayen bildirib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ mart ayına qədər 500 min mərmi tədarük edəcək və ilin sonuna qədər bu rəqəmi iki dəfə artıracaq. Bununla da o, Brüsselin 2024-cü ilin martına qədər Kiyevə bir milyon mərmi tədarük etmək vədini ancaq yarıya qədər yerinə yetirəcəyini etiraf etdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Çılpaq gecə” qalmaqalı: Məşhur bloger həbs edilir. – Foto

admin

Sara Netanyahudan İranla bağlı diqqət çəkən paylaşım – FOTO

redaktor

Bolqarıstanın ən böyük sursat zavodunda partlayış – Yaralılar var

redaktor