Dünyaİqtisadiyyat

Overçuk Ermənistanın iqtisadi artımına heyran qaldı

2024-cü ildə Avrasiya İqtisadi İttifaqında ÜDM-in 2,5 faizdən çox artımı proqnozlaşdırılır.

 

Bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Ekspert” jurnalına müsahibəsində deyib.

 

O bildirib ki, 2022-ci ildə Ermənistanda ÜDM 12,6%, Qırğızıstanda 6,3% artıb.

 

Onun sözlərinə görə, 2021-2022-ci illərdə Rusiyadan Ermənistana köçürmələr 5 dəfə artıb, 867 milyon dollardan 4.385 milyon dollara yüksəlib, lakin orada hesabların açılmasının səbəblərindən biri də beynəlxalq ödəniş sistemlərinə çıxış əldə etmək olub.

 

Overçuk Rusiyanın Aİİ tərəfdaşlarının ticarətində lider mövqe tutduğunu vurğulayıb:

 

“2023-cü ilin 11 ayının nəticələrinə görə, Rusiya Ermənistanın mal dövriyyəsində birinci yeri tutur”. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulda bir cütlük gündüz vaxtı parkda cinsi əlaqədə olduqları üçün həbs ediliblər.

admin

Maliyyə Nazirliyinin bu proqnozları reallıqdan daha çox, arzulara-istəklərə əsaslanır.

admin

Pakistanda dəhşətli terror – Fotolar

redaktor