Sağlamlıq

Qızdırmalı halda çimmək olar?

 

Qızdırmalı halda çox xəstələr “isti hamama girsəm, bədənim açılar” fikri ilə duş alır. Xəstə insana isti buxarlı hamamda çimmək faydalıdırmı?

Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibok xəstə insanın isti hamamda çimməsini qadağan edib.

“İsti hamam qan dövranına zərbə vurur və xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusən kişilərin araq içib, tərləmək və tez sağalmaq üçün saunaya girməsi ürək infarktı ilə nəticələnə bilər.

İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək

Qızdırması olan bədənə dinclik vermək və yataq rejimi lazımdır”, – Bolibok vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Xəstəliyə görə süd vəziləri kəsilən qadının xərçəng olmadığı üzə çıxdı

redaktor

Gülüşün sağlamlığa FAYDALARI: İnfarkt və insult riskini azaldır

redaktor

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələri istehsal olunacaq

redaktor