24 C
Bakı
26 Sentyabr 2025 15:04
DünyaMuharibə

İranda 9 pakistanlı öldürüldü – Səfirdən çağırış

Pakistanın İrandakı səfiri Məhəmməd Müdəssir Tibu Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində 9 Pakistan vətəndaşının öldürülməsini pisləyib.

 

Səfir bu barədə özünün X hesabında paylaşım edib.

 

O, hadisənin qorxunc olduğunu və bundan şoka düşdüyünü yazıb.

 

Səfir öldürülən pakistanlıların ailələrinə dəstək veriləcəyini deyib və İran hökumətini hadisənin dəqiq araşdırılması üçün İslamabadla əməkdaşlıq etməyə çağırıb.

 

Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin sakinlərə açdıqları atəş nəticəsində 9 nəfər öldürülmüşdü.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

redaktor

Sabiq prezident dövlət xəzinəsini talamaqda ittiham edilir

redaktor

Tramp və Zelenski arasında görüş üçün hazırlıq gedir

admin