12 C
Bakı
28 Mart 2026 15:22
Dünya

Bayden: Netanyahu bu varianta etiraz edə bilməyəcək

Bayden: Netanyahu bu varianta etiraz edə bilməyəcək

 

Fələstin dövlətinin yaradılması üçün hələ də həll yolları mövcuddur.

Bunu ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra deyib.

“Netanyahunun əleyhinə çıxa bilməyəcəyi ikidövlətli həll variantı ola bilər. BMT-yə üzv dövlətlər var ki, öz ordusu yoxdur, yaxud müəyyən məhdudiyyətlər şəraitindədir”, – Bayden vurğulayıb.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi.

Baydenin işarə etdiyi “həll variantı” isə Fələstin dövlətini faktiki olaraq mühüm ərazi və ordudan, o cümlədən Qüdsdən məhrum edən “Yüz ilin anlaşması” planına (Trampın layihəsi) uyğundur.

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşət saçan gözəlçələr: “40 fil” bandasının əfsanəvi hekayəti “Brilyant” xanım şəhəri və dəstə üzvlərini necə qorxu altında saxlayırdı?

admin

Zelenski: Ukrayna işğal olunan ərazilərindən imtina etməyəcək – VİDEO

redaktor

Kreml intriqalarının güdazına gedən DTK generalı – o, çıxış yolunu ………. görüb

admin