25 C
Bakı
25 Sentyabr 2025 17:31
DünyaİdmanŞou

Messinin “The Best”də iştirak etməməsinin səbəbi bilindi

“İnter Mayami”nin futbolçusu Lionel Messi “The Best” mərasimində iştirak etməməyinin əsl səbəbi müəyyənləşib.

 

Bu barədə jurnalist Guillema Balague özünün sosial şəbəkə hesablarında yazıb. Bildirilib ki, argentinalı hücumçu MLS klubunun məşqini buraxmaq istəmədiyi üçün bu addımı atıb.

 

Messi “İnter Mayami”də yeni mövsümə ən yaxşı şəkildə hazırlaşmaq arzusunda olduğunu bildirib. Dünən Londonda keçirilən mərasimdə iştirak etmək onun bir neçə günlük məşq prosesini buraxmasına səbəb ola bilərdi.

 

36 yaşlı futbolçunun Avropadan fərqlənən MLS futbol təqviminə tez uyğunlaşmaq istədiyi üçün “İnter Mayami” ilə mövsümöncəsi məşq üçün son dərəcə məsuliyyətli olduğu vurğulanır.

 

Qeyd edək ki, Messi dünən FİFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib. (Qol)

 

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi Navalnının ölümü ilə bağlıdır”

redaktor

Azərbaycan əsgərləri bayrağa görə erməni əsgərlərini döydü – Əlbəyaxa DAVA

redaktor

Balıq konservalarında civə aşkarlandı Bazarlardan yığışdırılır

admin