24 C
Bakı
26 Sentyabr 2025 18:31
Dünya

Seçki öncəsi VPN xidmətləri BLOKLANIR

Seçki öncəsi VPN xidmətləri BLOKLANIR

Türkiyə hakimiyyəti seçkilərdən əvvəl bir sıra məşhur VPN xidmətlərinə girişi bloklaya bilər.

Bu barədə “Britaniyanın Financial Times” (FT) qəzeti əlində olan sənədlərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yerli internet provayderlərindən 16 VPN xidmətinə çıxışı dayandırmağı tələb edib. Ehtimal olunur ki, bu tələbin səbəbi martda ölkədə keçiriləcək yerli seçkilərdir.

Məlumatlara görə, tənzimləyici provayderlərdən VPN xidmətlərinin bloklanmasının necə getdiyi barədə ona hesabat vermələrini tələb edib. Qəzet bildirir ki, Türkiyədə VPN-ə giriş indi xeyli çətinləşib.

Əvvəllər “Yerli Proqram təminatı” Proqram Məhsulları Tərtibatçıları Assosiasiyasının icraçı direktoru Renat Laşin VPN xidmətlərinin bir çox risk daşıdığını söyləyib. Ən bariz nümunələrə virus infeksiyası, şəxsi məlumatların oğurlanması, sızmalar, şifrələmənin olmaması və s-dir. Laşin onu da qeyd edib ki, bir sıra daha az nəzərə çarpan, lakin hələ də kifayət qədər təhlükəli təhdidlər var.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, Macarıstan üçün təhlükəli vəziyyət yaradıb – Orban

admin

Hindistan sahillərində gəmi PUA ilə vuruldu

admin

“30 il ərzində ifşa olunmayan silsilə qatil sonunda öz şöhrətpərəstliyinin badına getdi” – Yadigar Sadıqlı

admin