12 C
Bakı
28 Mart 2026 05:15
İdman

Zöhrab Gözəlbəyli “Qalatasaray”ın oyununa təyinat aldı

 

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

AVF-dən verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi yanvarın 17-də “Qalatasaray HDI” (Türkiyə) və “Fonte Bastardo” (Portuqaliya) arasında İstanbulda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Alman azarkeşlər UEFA-nı təhqir etdi

redaktor

FİDE reytinqi: Dünya çempionumuz 36 pillə irəlilədi

redaktor

DÇ-2022-dən sonra ilk dəfə Parisə qayıdan Messini PSJ komandası belə qarşıladı – VİDEO

admin