Dünya

Xanımı Baydeni BELƏ ÖYDÜ: “Onun yaşı bir sərvətdir”

 

Ağ Evin 81 yaşlı rəhbərini həyat yoldaşı Cil Bayden ərinin yaşını siyasi lider kimi onun üstünlüyü adlandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə birinci xanım MSNBC kanalına məlumat verib.

“Onun yaşı bir sərvətdir”, – birinci xanım deyib.

Baydenin həyat yoldaşının sözlərinə görə, bu illər ərzində o, müdrikliyini və təcrübəsini itirməyib:

“O, hər bir dünya liderini tanıyır”.

Birinci xanım qeyd edib ki, əri tarixin bu anında tutduğu mövqe üçün doğru insandır.

Bir gün əvvəl Baydenin həyat yoldaşı prezidentin niyə ikinci müddətə seçilmək istədiyini izah edib. O qeyd edib ki, hazırkı dövlət başçısı ikinci müddətə namizədliyini irəli sürür, çünki azadlıq və demokratiya təhlükə altındadır.

Tacxeber.com

Oxşar xəbərlər

İranda qadınların etiraz simvoluna çevrilən bayraq

redaktor

Azərbaycan təhlükəli cinayətkarı Hindistana təhvil verəcək

redaktor

Polşa prezidenti barmağının bir hissəsini itirdi – FOTO

redaktor