20 C
Bakı
20 Oktyabr 2026 16:02
Cəmiyyət

Əməkdar artist: “Lüt gəzənlərə heç nə olmur”

 

Əməkdar artist: “Lüt gəzənlərə heç nə olmur”

“Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara heç nə olmur. Çünki murdar əski tüstü götürmür. Onlara baxanda Aygün ölməli deyildi”.

Tacxeber.com azxeber-ə istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva dava-dalaş içərisində olan şou biznes əhlinə ünvanlayıb.

“Həyatdır, itirə-itirə gedirik. Bu sənətdə olanlar sağ ikən bir-birini qırırlar. Mən bu yaşıma kimi görməmişəm ki, kimsə öləndə onu aparıb zərxaranın içində basdırsınlar. Hamımız bir parça bezdə gedəcəyik, o da qismət olsa. Bir-birinizi qırmayın, mehriban olun, dünya fanidir. Ölümü düşünün, Allahdan qorxun”.

Tacxeber.com

Oxşar xəbərlər

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq

redaktor

“Sabah” “Borussiya”ya qarşı

admin