DünyaMuharibəSiyasət

ABŞ Kiyevdən dəqiq plan istəyir: Yeni strategiya…

ABŞ Ukraynanın Rusiyaya qarşı müharibə planını təkmilləşdirməsini istəyir və gələn həftə İsveçrənin Davos şəhərində Prezident Vladimir Zelenski ilə bu məsələnin qaldırılacağı gözlənilir.

 

Bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, məsələ ilə bağlı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenski ilə danışacağı gözlənilir:

 

“ABŞ Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında yaranan fikir ayrılığından narahatdır. Bu da yeni strategiyanın hazırlanması səylərini ləngidir. Ukrayna ordusu indi 2024-cü il üçün planlar hazırlayır və bütün variantlar nəzərdən keçirilir. Kiyevin müttəfiqləri deyirlər ki, mövcud mövqeləri müdafiə etmək və Rusiyanın müdafiə xətlərini daha da yarmaq üçün aydın hərbi strategiyanın hazırlanması çox vacibdir”. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan 3 ölkədə səfirlik açır – Məclis razılıq verdi

admin

Donald Trampın qardaşı qızı Meri Tramp əmisini ələ salaraq …..

admin

FİFA araşdırma başlatdı – Braziliyanın xalları silinə bilər

admin