DünyaHadisə

Bu ölkədə müxalifət partiyasının sədrini hamının gözü qarşısında bıçaqladılar – ANBAAN VİDEO

 

Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının lideri Li Jae-Myonq bıçaqlı hücuma məruz qalıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyinin məlumat yayıb.
İnsident səhər saatlarında Li Pusanın Gadeok adasındakı tikinti sahəsini ziyarət edərkən baş verib.

Məlumata görə, partiya sədri mətbuat konfransı zamanı sualları cavablandırarkən bıçaqlı şəxs avtoqraf almaq bəhanəsi ilə Liyə yaxınlaşıb və əlindəki kəsici alətlə onun boynuna xəsarət yetirib.

Hücumdan sonra boynunda qanaxma ilə huşunu itirən Li müalicə üçün xəstəxanaya aparılıb.Prezidentin sözçüsü Kim Soo-Kyunq bildirib ki, Prezident Yoon Suk Yeol hadisədən sonra Linin xəstəxanaya yerləşdirilməsinə və mümkün qədər tez müalicə olunmasına, hücumun araşdırılması və faktların müəyyənləşdirilməsinə göstəriş verib.

 

Oxşar xəbərlər

Rusiya Kiyevdəki Bayraktar zavoduna iki dəfə zərbə endirib

redaktor

Kiyev: Krımın azad edilməsindən sonra oradakı Rusiya vətəndaşlarının qovulması qanuni prosesdir

admin

Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq – Japarov

redaktor