22.6 C
Bakı
29 İyun 2026 07:46
Dünya

İtaliyanın baş naziri xəstələndi: Diaqnozu məlum oldu

 

İtaliyanın baş naziri Corcia Meloni xoşxassəli paroksismal mövqeli başgicəllənmələrdən əziyyət çəkir.

Tacxeber.com xəbər verir ki, diaqnoz otolarinqoloqun müayinəsindən sonra qoyulub.

Müəyyən prosedurlardan sonra 46 yaşlı siyasətçi özünü yaxşı hiss edib.

Bildirilir ki, Meloninin diaqnozu əslində daxili qulağın xəstəliyidir. O, qulaqlarda tıxanma və səs-küy, sistemli başgicəllənmə, eşitmə və vestibulyar funksiyaların pozulması ilə xarakterizə olunur. Xəstəlik residiv xarakterə malikdir.
Qeyd olunur ki, xəstəliyə görə, baş nazirin dekabrın 28-nə təyin edilmiş ilin yekunlarına dair mətbuat konfransı ləğv edilib. Tədbirin yeni tarixi gələn il yanvarın 4-nə təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

İran Trumpla oynayır…..

redaktor

Zalujnı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğuna görə Zelenskini günahlandırdı.

redaktor

Putin: Rusiya İran-İsrail münaqişəsində vasitəçi olmağa can atmır

redaktor